Səfirlikdən alpinistlərə hücumla bağlı açıqlama

"Azərbaycanlı alpinistlər tam təhlükəsiz yerdədirlər. Onlar hadisə baş verən yerdən xeyli aralıdadırlar. Ona görə də narahatlıq üçün əsas yoxdur"


Bu barədə Lent.a-a açıqlamasında Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov bildirib. Səfirin dediyinə görə, azərbaycanlı alpinistlərdə peyk telefonu var.

"Səfərə çıxmazdan əvvəl mən alpinistlərimizlə görüşmüşdüm, onlara uğurlar arzulamışdım. Onlara demişdim ki, hər hansı problemləri, hansısa təhlükə olacağı təqdirdə səfirliyə məlumat versinlər. Hücum zamanı bizimkilər hadisə yerindən xeyli uzaqda olublar. Şükür ki, salamatdılar. Və mənə məlumat verildi ki, hazırda təhlükəsiz yerdədirlər".

Qeyd edək ki, Himalay dağlarının Pakistan ərazisində yerləşən Nanqa Parbat zirvəsinə ekspedisiyada olan alpinistlərin baza düşərgəsinə silahlı hücum faciəyə səbəb olub. On nəfərin öldüyü deyilir.

AzNews.az