“Volkswagen” avtomobillərini geri çağırır

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" Cənubi Koreyada istifadədə olan 1900 ədəddən artıq avtomobilini geri çağırır. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, maşınların geri çağırılmasına səbəb, onlarda olan istehsal qusurudur. Bu barədə bu gün Cənubi Koreyanın Dövlət Ərzailəri və Nəqliyyat Nazirliyi rəsmi açıqlama yayıb.

Belə ki "Volkswagen"in "Golf" və 2 "Jetta" modellərində transmissiya sisteminin elektrik sxemində texniki problemlər yaranab.

Nazirlikdən bilidirirlər ki, belə problemləri yaranan 1930 ədəd avtomobil pulsuz təmir ediləcək. Onlardan 1448 ədədi "Golf", 482-si isə "Jetta" modelləridir. Bütün model avtomobillər 31 may 2010 – 27 avqust 2011-ci il tarixlərində istehsal edilib.

AzNews.az