Su mühərrikini işə salarkən öldü

Göyçay rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

İyunun 22-də Göyçay rayonunun Yalman kənd sakini Abdulhəmid Mahmudov həyətində su mühərrikini işə salan zaman ölüb. Onun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

AzNews.az