02:46
(077) 610-22-33

Piyadanı vuraraq qaçan şəxs daha bir qəza törətdi: ölən var

  • >
320 25 İyun 2013 08:57 | Hadisə

Zaqatala rayonunda 1 nəfər ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 131-ci kilometrliyində qeydə alınıb. Zaqatala şəhəri istiqamətində hərəkət edən, 1992-ci il təvəllüdlü İbrahimov Fərid Fəxrəddin oğlu idarə etdiyi 62-BE-930 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı maşınla yolu keçmək istəyən piyada, 1977-ci il təvəllüdlü Osmanova Zümrüd Məhəmməd qızını vuraraq hadisə yerindən qaçmağa çalışıb. Hadisə yerindən qaçarkən idarəetməni itirən F.İbrahimov əks istiqamətdə hərəkət edən, 1987-ci il təvəllüdlü Mustafayev Rövşən Akif oğlunun idarə etdiyi 62-BF-758 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə F.İbrahimovun idarə etdiyi avtomobildə olan sərnişin, 1977-ci il təvəllüdlü Quliyev Orxan Zöhrab oğlu və digər avtomobildəki sərnişinlər - 1984-cü il təvəllüdlü Mustafayeva Xəyalə İnqilab qızı, 2006-cı il təvəllüdlü Mustafayeva Sevdayə Rövşən qızı müxtəlif bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisəni törədən F.İbrahimov ambulator müayinədən sonra polis tərəfindən saxlanılıb. Ağır kəllə-beyin travması alan X.Mustafayeva isə həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Digər şəxslərin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az

Bağla X