Xəzərdə daha bir nəfər batıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xəzər dənizinin Bakı sahilində 1 nəfərin batması barədə məlumat daxil olub.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfər batıb və dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Kimliyi məlum olmayan şəxsin cəsədi tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 07:00-da başa çatıb.

AzNews.az