Kalaşnikov xəstəxanaya yerləşdirildi

Kalaşnikov (AK-47) silahının ixtiraçısı 94 yaşlı Mixail Kalaşnikov İjevski şəhərindən xüsusi təyyarə ilə Moskvaya aparılaraq, Mandrik xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir .

" Onun vəziyyəti ağırdır. Hal-hazırda həkimlərin nəzarəti altında reanimasiyadadır ". Bu barədə Rusiya Müdafiə Nazirliyi Baş Həkimi Aleksandr Fisun M. Kalaşnikovun səhhəti ilə bağlı açıqlama verərkən deyib.

A. Fisun deyib ki, İjevsk şəhər xəstəxanasının həkimləri Kalaşnikova anında lazımlı tibbi yardım edib. Həkimlərin ona qan laxtalanması diaqnozu qoyduğu deyilir.

Xatırladaq ki, İkinci Dünya Müharibəsində yaralı olaraq xilas edilən Kalaşnikov öz adını daşıyan avtomat markasını icad edib. 1947-ci ildən bu günə kimi hər il 100 mindən çox "Kalaşnikov"istehsal edilir. Dünyada ən çox istifadə edilən piyada silahı siyahısına salınıb.

Qeyd edək ki, aprel ayında Kalaşnikov, eyni adlı avtomat istehsal edən "İjmaş" fabrikinin iflasa uğradığı barədə məlumat yayıb.

Elman
AzNews.az