21:41
(077) 610-22-33

Salyan və Cəlilabadda yanğın

  • >
290 25 İyun 2013 19:51 | Hadisə

Ölkədə iki yanğın hadisəsi baş verib.

Salyan rayonunun Sarvan kəndində vətəndaşa məxsus ərazidə 6 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 15:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Cəlilabad rayonunda qeydə alınıb. Rayonun Günəşli kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az
Bağla X