- Köhnə - Hadisə
- 26 İyun 2013 14:18
- 2 336
Azərbaycanda reklamlara ciddi məhdudiyyət qoyulur
Milli Məclisdən verilən məlumata görə, bu, yenidən hazırlanmış "Reklam haqqında" qanun layihəsində əksini tapıb.
Yeni layihəsinin 29.7-ci maddəsində deyilir ki, istifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri, tibbi texnika, insan orqanlarının transplantasiyası barədə reklamlar yalnız tibb sahəsində ixtisaslaşdırılmış çap nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.
Qanunun 29.8-ci maddəsində isə göstərilir ki, hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətin reklamı bütün hallarda qadağan olunur.
Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.//apa//
AzNews.az