- Köhnə - Hadisə
- 27 İyun 2013 11:16
- 1 407
Türkiyəli sürücü Zaqatalada qəza törətdi: ölən var
AzNews.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iyunun 26-da saat 08.30 radələrində Zaqatala rayonunun Mazıx kəndi ərazisində Türkiyə vətəndaşı Ahmet Bilseloğlu idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən Mazıx kənd sakini Yadigar Buşdiyevanı vurub.
Nəticədə Buşdiyeva hadisə yerində ölüb. Xəsarət almış sürücü Bilseloğlu isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
AzNews.az