20:32
(077) 610-22-33

Cəbhəçi qadından pardiyadaşlarına şok ittihamlar

  • >
281 27 İyun 2013 14:40 | Hadisə

AXCP-nin fəal üzvlərindən olan Kəmalə Bənənyarlı partiyadan istefa verib. O bu barədə Facebook profilində yazıb.

K.Bənəənyarlı Facebook səhifəsində yazdığı qeydlərdə bildirir ki, onu AXCP-dən didərgin salıblar və o, hər kəsə təklikdə bir-bir izahat verəsi deyil: "Bütün olanları facebook səhifəmə yazaraq AXCP-ni tərk edirəm, amma o partiyanın dəyərli lideri Əli bəy, Gözəl xanım və yüzlərlə, minlərlə insan bilsin ki, həmişə ürəyimdl onlarladır və evimin ən qiymətli hədiyyəsi AXCP biletidir. Mən, mənə qarşı oynanılan sərəfsizcəsinə oyunlardan AXCP ziyan görməsin deyə məcbur vəziyyətdə partiyanı tərk edirəm!"

Daha sonra şəxsi həyatındakı problem və sıxıntılardan bəhs edən K.Bənənyarlı bildirir ki, ən çətin vəziyyətdə olduğu, təhdid olunduğu halda belə öz yolundan dönməyib: "Təhdid olunurdum ki, cəbhədən gedim və elə bu zaman mənə 10.000 pul təklif olundu. Qarşılığında televiziyaya çıxmalıydım və deməliydim ki, cəbhəni, partiya biletimi atıram, mən bunlara getmədim və heç ağlımdan da keçmədi bunu etmək. Sukur ki, bunu etməmişəm, nəinki 10.000, heç bir milyona da dostlarımı satmaram, mənim kitabımda satmaq və satılmaq yoxdur".

K.Bənənyarlı üzvü olduğu partiyadan istefa verməsinin səbəbini bir qrup partiyadaşının onun barəsində yaydığı şayiələrlə izah edir: "İqtidarin dəyirmanına su tökənlər tərəfindən adıma olmazın sözlər deyildi - guya mən cəbhəyə gələn qadınları pis yola dəvət edib evimdə varlı kişilərlə görüşdürürəm, özum hakimiyyətdə olan bir nəfərlə yaşayıram. Şərəfiniz olsun, mən evli qadınam. Lap evli olmasam belə, mənim 14 yaşında qizim var evimdə, o mənə şər atanlar məni məcbur etməsin deyim ki, siyasi yolla Fransaya necə adamlar aparmaq istəyiblər və daha sonra nələr olub".

Məktubunun sonunda K.Bənənyarlı qeyd edir ki, onu ləkələməklə AXCP-ni ləkələmək istəyənlər öz məqsədlərinə çata bilməyəcəklər və o, mənsub olduğum partiya ziyan gorməsin deyə istefa verir.

AXCP-nin mətbuat xidməti hələlik K.Bənənyarlının istefasının səbəbləri barədə açıqlama yaymayıb.

AzNews.az
Bağla X