Fərid Abdinbəyov Azərbaycanın Rumıniyada səfiri təyin olundu

Azərbaycan prezidenti İlham Əliyev Fərid Şamil oğlu Abdinbəyovun ölkəmizin Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin olunması barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, prezidentin digər sərəncamı ilə Fərid Abdinbəyova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

AzNews.az