4 mərtəbəli binada yanğın

Bakı şəhəri, Nərimanov rayonunda hər mərtəbəsi 800 kv m olan 4 mərtəbəli texniki binanın 2-ci mərtəbəsində 3 ədəd texniki otaqların yanar konstruksiyaları və içərisindəki əşyalar 255 kv m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə
AzNews.az