- Köhnə - Hadisə
- 28 İyun 2013 12:41
- 2 143
Qusarda qəza: ata və oğul dünyasını dəyişdi
Qusar-Xudat yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. Yolun Qusar rayonunun Qalacıq kəndi ərazisindən keçən hissəsində "VAZ 2106" markalı avtomobillə "Ford" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.
Hadisə şahidlərinin RTV-yə verdikləri məlumata görə, dünyasını dəyişənlər "VAZ 2106"-da olan ata və oğuldur. (anspress)
AzNews.az