19:20
(077) 610-22-33

Hüseyn Abdullayev İnterpolda axtarışa verildi – FOTO

  • >
1 443 28 İyun 2013 13:28 | Hadisə

Sabiq deputat Hüseyn Abdullayev İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.

AzNews.az-ın məlumatına görə, İntepolun rəsmi saytında artıq H.Abdullayevin axtarışa verildiyi ilə bağlı məlumat da yerləşdirilib.
Qeyd edək ki, sabiq deputat H.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi qaldırılıb. H. Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub.

H.Abdullayev hazırda Almaniyadadır. Onun bu dövlətdən siyasi sığınacaq almaq üçün Almaniyanın müvafiq qurumlarına müraciət etdiyi bildirilir.

Anar
AzNews.az
image description
Bağla X