Ramil Usubovdan Səttar Mehbalıyevin oğluna yeni vəzifə

Bakıda iki polis bölməsinin rəisi yeni təyinat alıb.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakının Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisi İsfəndiyar Mehbalıyev tutduğu vəzifədən azad edilərək Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsin rəis təyin olunub. 3-cü Polis Bölməsinin rəisi Zaur Məmmədov isə 34-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İ. Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin oğludur.

AzNews.az