07:35
(077) 610-22-33

Ağır Cinayətlər Məhkəməsində dava: Pəncərələr qırıldı

  • >
247 28 İyun 2013 16:10 | Hadisə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insident baş verib.

APA-nın məlumatına görə, hadisəyə "Azər-Ross" MTK-nın rəhbərini qətlə yetirməkdə təqsirli bilinən şəxslərin cinayət işi üzrə keçirilən məhkəmə prosesinə gələn şəxslər arasında düşən mübahisə səbəb olub. Tərəflər arasında düşən mübahisə davaya keçib və məhkəmənin bir neçə pəncərəsinin şüşəsi qırılıb. İnsident törədən şəxslərdən ikisi saxlanılıb.

Hadisə ilə əlaqədar məhkəmə baş tutmayıb və növbəti proses iyulun 1-ə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən Sahil və Şamil Şamilov qardaşları, Fərman Hacıyev, Hümbət Məmmədov və Tofiq Bəkirov "Azər-Ross" MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə, baş mühasib Əmiraslan Əhmədovu isə yaralamaqda təqsirli bilinirlər.

AzNews.az
Bağla X