Maşın ağaca çırpıldı - İsmayıllıda

İsmayıllı rayonu, Qurbanəfəndi kəndində minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə nazirliyin müvafiq xilaestmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Ford" markalı minik avtomobilinin sürücüsü qəza nəticəsində deformasiya uğrayan avomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

AzNews.az