22:58
(077) 610-22-33

Polis əsəbiləşib yolu bağladı - VİDEO

  • >
683 30 İyun 2013 12:26 | Hadisə

DİN əməkdaşının sərgüzəşti

Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yol hərəkəti qaydalarını pozaraq təhlükəli vəziyyət yaradan sürücünü ilə polis arasında maraqlı anlar yaşanıb. Belə ki, "VAZ-21-099" markalı avtomobil "Pajero İO" markalı avtomobilin qarşısında təhlükəli manevr edib. "Pajero"nun sürücüsünün polis olması isə "at oynadan" jiquli sürücüsünün kefinə sözün əsl mənasında "soğan doğrayıb".

Belə ki, polis mundirində olan sürücü "VAZ-21-099"-un qarşısını kəsərək, onun sənədlərini tələb edib. Yol polisi olmadığını əsas gətirərək sənədlərini təqdim etməkdən imtina edən sürücü ilə polis əməkdaşı arasında mübahisə düşüb. Bu vaxt yolda hərəkət tamamilə dayanıb. Hadisəni müşahidə edən sakinlər mübahisəni kənarda davam etdirməyi məsləhət ediblər. Lakin əsəbiləşən polis həmin adamları təhqir etməkdən belə çəkinməyib. Yalnız 10-15 dəqiqə sonra sürücülərin xahişi ilə mübahisəni kənarda davam etdirməyə, yolu açmağa polisi razı salmaq mümkün olub. O avtomobilini bir qədər qabağa sürüb mübahisə etdiyi şəxsi gözləyərkən, "VAZ-21-099"-un sürücüsü sola ayrılan yola dönərək, hadisə yerindən uzaqlaşıb...

Bütün bu məsələləri müşahidə edən əməkdaşımız hadisənin bəzi hissələrini lentə alıb.

Həmin videonu təqdim edirik.

Qeyd edək ki, hadisə iyunun 26-da baş verib.



Azər
AzNews.az

Bağla X