22:42
(077) 610-22-33

Ceyhan liderlik edir

  • >
457 2 Avqust 2012 12:29 | Hadisə

1 milyon 886 min 334 ton xam neft ixrac olunub

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin iyul ayında Novorossiysk limanından 159 min 544 ton, Supsa limanından 315 min 319 ton, Ceyhan limanından 1 milyon 886 min 334 ton xam neft ixrac edib.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 1 milyon 144 min 949 ton, Supsa limanından 1 milyon 611 min 780 ton, Ceyhan limanından isə 12 milyon 238 min 525 ton xam neft ixrac olunmuşdur. ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Gültən

AzNews.az



Bağla X