Azyaşlıları fahişəliyə cəlb edirmişlər

Azərbaycanda bu ilin birinci yarısında insan alveri ilə bağlı 65 cinayət faktı qeydə alınıb. Bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən bildiriblər. Hesabat dövründə insan alveri ilə bağlı 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib, 7 insan alverçisi cinayət məsuliyyətinə cəlb edilib. 47 insan alveri qurbanı müəyyən edilib. İnsan alveri ilə bağlı birinci yarımildə 9 cinayət işi başlanıb.

İnsan alveri qurbanı olanlar İran, Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə aparılıb. Qurbanların əksəriyyəti qadınlar və 7-si 18-25 yaş, 26-sı 25-35 yaş, 13-ü 35 yaşdan yuxarı olanlardır.

Hesabat dövründə İdarə tərəfindən fahişəliyə cəlbetmə ilə əlaqədar 31, əxlaqsızlıq yuvaları saxlama ilə bağlı 43, yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə ilə bağlı 2 fakt aşkar edilib.


Sevinc

AzNews.az