Yarış başladığı gündən 67 min mobil telefon yoxa çıxıb Yarış başladığı gündən 67 min mobil telefon yoxa çıxıb

Olimpiadada rekord ogurluq

Yarış başladığı gündən 67 min mobil telefon yoxa çıxıb

Mobil telefon hər kəsin həyatında əvəzedilməz rol oynayır. Bəlkə də buna görə əksəriyyətimizin ən böyük problemlərindən biri tonu itirməkdir. Təhlükəsizlik üzrə ekspertlərin də qeyd etdiyi kimi böyük həcmli tədbirlərdə telefonların itməsi və ya oğrulanması kütləvi hal alır. Bu mənada, London olimpiyadası da istisna deyil.Venafi təhlükəsizlik xidməti olimpiya oyunları boyu itən və ya oğrulanan telefonların təxmini sayı barədə araşdırmasının nəticəsini ictimaiyyətlə paylaşıb. Sən demə, olimpiyadanın başladığı vaxtdan bu günəcən 67 min mobil telefon ya itirilib, ya da oğrulanıb. O telefonların içində təxminən 215 terrabayt fayl var ki, o faylların əksəriyyəti telefonun sahibi üçün böyük əhəmiyyət kəsb edir. Rəqəmlərin artacağı istisna edilmir. Bu statistikadan belə nəticəyə gəlmək olar ki, olimpiya oyunlarında ən çox qızıl medala layiq olanlar məhz Londonun telefon oğrularıdır.

Şahlar Ruhi

AzNews.az