10:50
(077) 610-22-33

Gənc yazar vəfat etdi

  • >
569 3 Avqust 2012 11:52 | Hadisə

Prezident təqaüdçüsü Zərdüşt Şəfizadə qan xəstəliyindən əziyyət çəkirmiş

Gənc yazar, Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Zərdüşt Şəfizadə bu gün səhər saatlarında vəfat edib.Bu barədə yazarın qardaşı Atilla Şəfizadə məlumat verib.Onun sözlərinə görə, yazar uzun müddət idi ki, qan xərçəngindən əziyyət çəkirmiş. Azərbaycanda və Ukraynada müalicə olunsa da, nəticəsi olmamışdı. Bir müddət əvvəl dincəlmək üçün Qəbələyə aparılmışdı. Bu gün səhər orada vəziyyəti qəfil pisləşib və dünyasını dəyişib.

1986-cı il təvəllüdlü yazarın indiyə qədər "Başqa adam" adlı bir hekayələr kitabı işıq üzü görmüşdü.

Allah rəhmət eləsin!


AzNews.az


Bağla X