13 yaşlı qız toy gecəsindən sağ çıxmadı


Heç kəsə sirr deyil ki, ərəb ölkələrində azyaşlı qızları özlərindən yaşca çox böyük olan kişilərə ərə verirlər. Yəməndə 13 yaşlı Əss-İlham-əl-Mehdi adlı qızın toy gecəsi faciə ilə sona çatdı. Belə ki, toy gecəsinin səhəri qohumları qızı huşsuz vəziyyətdə tapıblar. Xəstəxanada azyaşlı qızın cinsi orqanlarında ciddi zədələr aşkar edilib. Həkimlər 4 gün qızın həyatı uğrunda mübarizə aparsalar da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
Vasif
AzNews.az