10:17
(077) 610-22-33

Şirvanda vəhşi çöl pişiyi öldürüldü

  • >
282 3 Avqust 2012 15:38 | Hadisə

Yırtıcı Şirvanda şəxsi təsərrüfatlara xeyli ziyan vurub


Şirvanda ev heyvanları vəhşi çöl pişiyinin hücumuna məruz qalıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna İsmət Qayıbov küçəsində yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, artıq bir aya yaxındır ki, növü məlum olmayan yırtıcı heyvan həyətyanı sahələrdən ev quşlarını aparır və xırdabuynuzlu heyvanları yaralayır. Beşdən çox şəxsi təsərrüfatda ev quşlarını məhv edən yırtıcı sürətlə hərəkət etdiyinə görə, ilk əvvəl onun hansı heyvan olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Yırtıcı heyvan nəhayət Şirvan sakini Camaləddin Məmmədzadə tərəfindən ov tüfəngi ilə öldürülüb. Təsərrüfatlara zərər vuran yırtıcının bir metr uzunluğunda çöl pişiyi olduğu müəyyənləşin. Sakinlər Mil-Muğan bölgəsində vəhşi çöl pişiyinin yaşamadığını bildirirlər.


AzNews.az

Bağla X