“EA Electronics” “ZYNGA”-nı məhkəməyə verir?

Kompyuter oyunları istehsalçısı EA Electronics Sosial şəbəkələrdə oyunlar istehsal edən ZYNGA şirkətini oğruluqda ittiham edib. AzNews.az Röyters agentliyinə istinadən məlumat verir ki, ZYNGA şirkəti The Ville" online oyununda, EA Electronics-in istehsal etdiyi "TheSims" oyunun ssenari, personaj və skriptindən istifadə etməkdə günahlandırılıb. EA Electronics bununla bağlı olaraq rəqibini məhkəməyə verib.

Qeyd edək ki, ZYNGA şirkəti bundan əvvəl reliz oğruluğunda ittiham olunaraq Braziliyanın VOSTU şirkəti tərəfindən məhkəməyə verilmişdi.

Şahlar Ruhi

AzNews.az