Zərdabda avtomobil yandı


Zərdab rayonunda yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, Bakı-Qazax yolunun Zərdab rayon ərazisindən keçən hissəsində "Qaz 31-10" markalı maşın alışaraq yanmağa başlayıb. Hərəkətdə olan maşının alışması həyəcana səbəb olub.

Sürücü maşından çıxmaq üçün fürsət tapsa da, avtomobilin yanmasının qarşısını almaq mümkün olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Maşını yalnız bundan sonra söndürmək mümkün olub. Hadisənin səbəbi məlum deyil. Xəsarət alan yoxdur.

Ruhiyyə
AzNews.az