14:41
(077) 610-22-33

Yeni nazir qətlə yetirilən generalın qardaşına yüksək vəzifə verdi

  • >
556 1 Noyabr 2013 11:00 | Hadisə

Müdafiə Nazirliyində yeni təyinat həyata keçirilib.

Müdafiə Nazirinin qətlə yetirilmiş sabiq müavini, HHQ və HHM qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qardaşı polkovnik-leytenant Rəfail Rzayev nazirlikdə rəis vəzifəsinə təyinat alıb. Bu barədə məlumatı hərbi ekspert Üzeyir Cəfərov verib.

Ü.Cəfərovun sözlərinə görə, Nəcməddin Sadıkovun təklifi ilə yeni müdafiə naziri Zakir Həsənov onu MN-nin Hərbi daşınmalar şöbəsinə (VOSO) rəis vəzifəsinə təyin edib: "Rail Rzayev qətlə yetirilən günün səhərisi Rəfail Rzayev o vaxtkı Şamaxı Rayon Hərbi komissarı vəzifəsindən azad edilərək ordudan tərxis edilmişdi".

Elnarə
AzNews.az
Bağla X