22:47
(077) 610-22-33

Üzeyir Cəfərova Müdafə Nazirliyindən dəvət

  • >
488 2 Noyabr 2013 08:45 | Hadisə

Müdafiə nazirliyindən hərbi jurnalist, ehtiyyatda olan polkovnik-leytenant Üzeyir Cəfərova iş dəvəti gəlib.


AzNews.az-a açıqlamasında bunu təsdiq edən Ü. Cəfərov deyib ki, bu təklif, yeni müdafiə naziri Zakir Həsənovun Müdafiə Nazirliyi sistemində apardığı kadr islahatlarının tərkib hissəsi olaraq edilib.

O, nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun faktiki olaraq vəzifəsindən uzaqlaşmasından sonra bu posta təyin olunub-olunmayacağı haqda deyilənlərə də münaksibətini bildirib: "Nazirliyin mətbuat xidmətində və Tərbiyəvi İşlər İdarəsində şöbə rəisi, mətbuatla əlaqələndirici vəzifələri təkliflər sırasındadır. Ancaq mənim üçün yalnız nazirliyin ictimaiyyətlə əlaqələr, yaxudda mətbuat sahəsində çalışmağım o qədər də əhəmiyyətli deyil. Yəni özümü fiziki cəhətdən yararlı hesab etdiyimdən Azərbaycan Ordusunun bütün qoşun xidmətlərində işləməyə, dövlətə və vətənə xidmət etməyə hazıram. Hələlik isə təkliflərlə bağlı konkret cavab verməmişəm".

Ü.Cəfərov təklifləri müsbət dəyərləndirdiyini yaxın vaxtlarda açıqlama verəcəyini də söyləyib: "Son söz nazirindir. Məmnuniyyətlə xidmətimi həyata keçirə bilərəm".

Qeyd edək ki, Zakir Həsənovun nazir vəzifəsinə təyinatından sonra son vaxtlar Müdafiə Nazilriyində yeni təyinat alan zabitlər arasında sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə təzyiqlə üzləşən, ordudan uzaqlaşdılıanlar da yer almaqdadır.

AzNews.az
Bağla X