Mədrəsədə vəhhabi qızların porno kasetləri tapıldı - ŞOK (Foto)

Rusiyanın Stavropol vilayətində "şəhid kəməri" ilə bir nəfərin saxlandığı barədə məlumatlardan sonra polis gizli qadın mədrəsəsində axtarış aparıb.

Mədrəsədə çox sayda ekstremist ədəbiyyatla yanaşı pornoqrafik materiallar tapılıb. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gizli islam məktəbində 40-a yaxın qız təhsil alıb. Onların hamısının həm də yerli universitetlərin tələbəsi olduğu bildirilir. Aralarında rusların da olduğu qızlara mədrəsədə təkcə vəhhabiliyin əsasları öyrədilməyib, həm də onlara ər tapılıb.

Mədrəsədə dərsləri Dağıstandan gəlmiş Vəhidat Nəsrudinova aparıb: "Qızları daha yaxşı yetişdirmək üçün onların əhatə dairəsi, maraqları, psixoloji durumu öyrənilib. Hətta qızlar bir neçə günlüyə Dağıstana göndərilib. Onların Dağıstana göndərilməsi isə hətta ailələrindən də gizli saxlanılıb. Qadın həmçinin qızları nikah bağlamaq üçün Şimali Qafqaz respublikalarında şəxslərlə tanış edib. Qızların bəzisi mədrəsədə aldıqları təhsildən sonra radikalların sırasına qoşulub. Onların bəziləri Dağıstana gedərək xəbərsiz yoxa çıxıb, bəziləri isə Yaxın Şərqdə müsəlmanların haqları uğrunda mübarizə aparmaq üçün ərləri ilə bərabər ora yola düşüb. Ancaq orda da onlardan xəbər almaq mümkün olmayıb".

Mədrəsədə tapılan pornodisklərə gəlincə isə, əməliyyatçılar hazırda nikah adı ilə mədrəsəyə cəlb edilən və pornoya çəkilən qızların şəxsiyyətini müəyyənləşdirməyə çalışır.


Elnarə
AzNews.az

image description image description