Məhkum qadın dünyasını dəyişdi

Azərbaycanda məhkum qadın həbsxanada vəfat edib. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, məhkum 55 yaşlı Ofeliya Alik qızı İsayeva müalicə müəssisində dünyasını dəyişib. Mərhumun ölüm səbəbini müəyyən etmək üçün tibbi ekspertiza təyin olunub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, O. İsayeva 2010-cu ildə dələduzluqda təqsirli bilinərək azadlıqdan məhrum edilib.


AzNews.az