22:49
(077) 610-22-33

Bakıda iki turist dağlıq ərazidə köməksiz qaldı

  • >
330 3 Noyabr 2013 13:20 | Hadisə

Bakıda iki əcnəbi vətəndaş dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

Şəkil çəkdirmək Bibiheybət ərazisində "Köhnə mayak" deyilən ərazidə təpənin üzərinə qalxan iki dağıstanlı gənc gəldikləri yolu geri qayıda bilməyiblər. Onlar Fövqəladə Hallar Nazirliyinin "Qaynar xətt"inə zəng vuraraq kömək istəyiblər.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Qüvvələri dərhal hadisə yerinə gəlib. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə təpədə köməksiz vəziyyətdə qalan şəxslər 1989-cu il təvəllüdlü Yevgeni Zolotaryov və 1995-ci il təvəllüdlü Maksim Tabakovdur.

Turistlər APA TV-yə bildiriblər ki, dağlıq əraziyə Günəşin doğması anını lentə almaq üçün çıxıblar. Daha sonra düşə bilmədiklərinə görə, FHN-ə zəng edərək kömək istəyiblər.

Əməliyyat başa çatdıqdan sonra Maksim və Yevgeni 8-ci polis bölməsinin əməkdaşlarına təhvil veriliblər.

AzNews.az
Bağla X