Toy karvanında bədbəxt hadisə

Bakı – Qazax – Gürcüstan yolunun 416-cı kilometrliyində Tovuz rayonunun Düzqırıqlı kəndində ağır yol nəqliyyat hadisəsi baş verib. Anspress xəbər verir ki, toy karvanında yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomaşın idarəetməni itirərək yol kənarındakı dirəyə dəyib, daha sonra yolun sağ tərəfindəki dərəyə yuarlanıb. Avtomobilin içərisində olan bir azyaşlı da daxil olmaqla 5 nəfər çətin vəziyyətdə qalıb. Ağır yaralanan şəxsləri kənd sakinləri müxtəlif dəmir alətlərdən istifadə etməklə maşından çıxara biliblər.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az