Sürücülərin nəzərinə: sabahdan daha bir yol bağlanır

Noyabrın 5-dən etibarən Bakı şəhərində daha bir küçədə avtomobil nəqliyyatının hərəkəti məhdudlaşdırılacaq.

Təmir işləri ilə əlaqədar olaraq Səbayel rayonu, İzzət Nəbiyev küçəsi nəqliyyatın hərəkəti üçün bağlanacaq. Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, yolun bağlanmasının səbəbi həmin küçədə təmir işlərinin aparılması ilə əlaqədardır: "Təmir işlərinin 5-6 gün müddətində yekunlaşdırılması nəzərdə tutulub".

Qeyd edək ki, hazırda İ.Nəbiyev küçəsində təmirə başlanılması üçün hazırlıq işləri gedir.

AzNews.az