2 maşın toqquşdu, yaralanan var


Bərdədə yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, bir neçə dəqiqə bundan əvvəl rayonun Əliyanlı kəndində "Vaz 21-06" markalı avtomobillə Vaz21-07" markalı 2 maşın toqquşub. Toqquşma nəticəsində bir nəfərin ağır yaralandığı bildirilir. Yaralı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ruhiyyə
AzNews.az