09:47
(077) 610-22-33

Atəşkəs 142 dəfə pozulub

  • >
709 4 Noyabr 2013 15:02 | Hadisə

Cari ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 142 dəfə pozulub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə əsasən, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbçisi şəhid olub, 1-i yaralanıb. Cəbhənin Qazax rayonu istiqamətində 1 mülki şəxs təmas xəttində minaya düşərək həlak olub.

Ötən ay Ermənistan Silahlı Qüvvələrinin Qarabağ cəbhəsi ilə yanaşı, Ermənistan-Azərbaycan dövlət sərhədində də aktivləşməsi qeydə alınıb.

Oktyabr ayında Qarabağ cəbhəsində ən çox atəşkəs pozuntusu Ağdam rayonu istiqamətində (29 dəfə) qeydə alınıb. Füzuli rayonu istiqamətində 25, Tərtər rayonu istiqamətində 18, Goranboy rayonu istiqamətində 15, Göygöl rayonu istiqamətində 4, Cəbrayıl rayonu istiqamətində 2 dəfə atəşkəs pozulub.

Dövlət sərhədində Ermənistan Ordusu atəşkəs rejimini Qazax rayonu istiqamətində 14, Tovuz rayonu istiqamətində 13, Gədəbəy rayonu istiqamətində 4, Daşkəsən rayonu istiqamətində 2, Ağstafa rayonu istiqamətində isə 1 dəfə pozub.

Qeyd edək ki, cari ilin 10 ayında (yanvar-oktyabr) cəbhədə 1586 atəşkəs pozuntusu (yanvarda 127, fevralda 154, martda 136, apreldə 161, mayda 158, iyunda 186, iyulda 180, avqustda 161, sentyabrda 181, oktyabrda 142) qeydə alınıb. Dəqiqləşdirilmiş məlumatlara görə, atəşkəs pozuntuları ilə müşayiət olunan döyüşlərdə Azərbaycan Ordusunun 10 hərbçisi şəhid olub.

AzNews.az
Bağla X