- Köhnə - Hadisə
- 6 Noyabr 2013 12:58
- 4 607
Valideynlər Mikayıl Cabbarovun qərarına etiraz edir- FOTO
Musavat.com xəbər verir ki, valideynlərin etirazına səbəb təhsil naziri Mikayıl Cabbarovun əmri ilə məktəb direktoru Mehriban Nəcəfovanın işdən çıxarılmasıdır. Valideynlər övladlarını məktəbdən götürərək, dərsləri boykot ediblər. Onlar tələb ediblər ki, məktəb direktoru M. Nəcəfova işinə bərpa olunsun.
Aksiya ilə bağlı əraziyə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Amma, onlar valideynlərin etiraz aksiyasının qarşısını ala bilməyiblər.
AzNews.az