“Qazaxda zəlzələ baş verməyib”- Təkzib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) dünən Qazaxda zəlzələ baş verməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Mərkəzdən daxil olan məlumata görə, dünən axşam Qazaxda zəlzələ baş verməsinə dair bu gün yayılan məlumatlar həqiqəti əks etdirmir:

"AMEA nəzdində RSXM olaraq bildiririk ki, dünən Qazax rayonunda hər hansi təkan qeydə alınmayıb. Qazax rayonu Ermənistanla həmsərhəd və cəbhə xəttinə yaxın ərazidir və orada bu və ya digər hansısa ərazidə mina partlayışı ola bilər. Həmçinin Qazax rayonun Daş Salahlı kəndi ərazisində bir sıra sənaye obyektləri yerləşdiyindən həmin müəssisələrdə aparılan işlərlə bağlı hansısa ərazidə müəyyən silkələnmələr ola bilər. Lakin bunun təbii proseslə heç bir bağlılığı yoxdur və rayon ərazisində hansısa təkanlar baş verməyib".

AzNews.az