23:11
(077) 610-22-33

Azərbaycanda daha bir ana doğuş zamanı öldü

  • >
359 7 Noyabr 2013 11:40 | Hadisə

Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında baş verib. Lənkəranda yaşayan Ağsu rayonunun Çaparlı kənd sakini, 1981-ci il təvəllüdlü Ramilə Ağaverdi qızı Şıxəliyeva səhər saat 7.45 radələrində xəstəxananın Doğum Şöbəsinə qəbul olunub, 8.15 radələrində doğuş başa çatmamış qadın dünyasını dəyişib.

Doğum Şöbəsinin müdiri Yeganə Nəhmətova APA-ya faktı təsdiqləyib.

Ramilə Şıxəliyevanın meyiti hazırda Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon Şöbəsində müayinə olunur.

Məlumata görə, bu, qadının ikinci hamiləliyi olub.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az
Bağla X