NTV-nin məşhur aparıcısından şəhidlərə həqarət

Bir müddət əvvəl canlı yayımda milçək qovalamağı ilə gündəmə gələn Türkiyənin NTV kanalının "gözəl" xəbər spikeri Tuğba Algül və xəbər rejisorları böyük bir xəta ediblər. Belə ki, canlı yayımda əvvəl ordunun 8 nəfər şəhid verməsi xəbərini bildirən aparıcı, xəbərin görüntüləri ekrana verildiyi zamanda öz-özünə züm-zümə etməyə başlayıb. Ürək ağrısı ilə şəhidlərin ölüm xəbərlərini dinləyənlər isə Tuğbanın müğənilik qabilyyətinə də heyrət ediblər. Aznews.az saytının Türkiyənin sondakika.com saytına istinadən verdiyi məlumatda görə teleaparıcının bu hərəkəti Türkiyədə böyük hiddət doğurub.

Bahadur Qobustan

Aznews.az