Sabah yağış yağacaq, şaxta olacaq- Proqnoz

Bakı və Abşeron yarımadasında noyabrın 9-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 8-12, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 9-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

AzNews.az