Bir ailənin 8 üzvü öldü


Əfqanıstanın Zabul vilayətində yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində aralarında 5 qadın və 2 uşağın da olduğu 8 nəfər həyatını itirib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbər görə, bir nəfərin də ağır yaralandığı hücumda həyatını itirənlərin hamısı eyni ailənin üzvləridir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Rəhim Qədirov
AzNews.az