19:40
(077) 610-22-33

20 metrlik ağac evin üstünə aşdı

  • >
678 9 Noyabr 2013 16:25 | Hadisə

Bakı şəhərinin mərkəzində 20 metr hündürlüyündə ağac yaşayış evinin üstünə aşıb.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin 112 Qaynar Telefon Xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda ağac birmərtəbəli fərdi yaşayış evinin üstünə aşıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, aşan ağacın hündürlüyü, təxminən 20 metrdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ağacı hissələrə kəsib və binanın üzərindən götürülməsini təmin ediblər.

AzNews.az
Bağla X