Bakı metrosunda ajiotaj: İşıqlar söndü- FOTOLAR (Yenilənib)

Metropoliten rəhbərliyindən AzNews.az-a verilən məlumata görə, stansiyada işıqların sönməsi texniki səbəblərlə əlaqədardır:

"Narahatlıq üçün heç bir əsas yoxdur. Qatarlar qrafik üzrə hərəkət edir. Stansiyada da bir azdan işıqlarla bağlı nasazlıq aradan qaldırılacaq. Hazırda bu istiqamətdə iş aparılır. Sərnişinlərə heç bir narahatlıq olmaması barədə xəbərdarlıq edilir".

***
16:09
Bu gün saat 16 radələrində metronun 28 May stansiyasında işıqlar sönüb.

AzNews.az əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, stansiyada işıqların sönməsi sərnişinlər arasında ajiotaj yaradıb.

İşıqların sönməsinə baxmayaraq qatarlar hərəkətini davam etdirib.

Ancaq buna baxmayaraq stansiyada işıqların olmaması sərnişinlərin hərəkətində problemlər yaradıb. Metropoliten işıqların sönmə səbəbləri ilə bağlı hələki sərnişinlərə heç bir açıqlama verməyib.

Rəhim
AzNews.az
image description image description