Məişət qazı partlaması nəticəsində 7 nəfər öldü

AzNews.az "Komsomolskaya Pravda"-ya istinadən xəbər verir ki, Moskva ətrafında məişət qazı partlaması nəticəsində ölənlərin sayı 7-yə çatıb. Hadisə Sergeyev-Posadski rayonunun Zaqorski Kale qəsəbəsində çoxmərtəbəli evdə baş verib. Ölənlərin şəxsiyyəti barəsində hələki məlumat verilməyib.
Zərərçəkənlərə geniş həcmdə tibbi yardım göstərilib.
Partlayış yerində 6 "təcili" və "fəlakət tibbi" briqadaları işləyib. Partlayış bu gün səhər baş verib. 8 mənzil tamamilə dağılıb. Bınanın sakinləri yaxınlıqdaki sanatoriya və mədəniyyət evində yerləşdirilib.

AzNews.az