19:11
(077) 610-22-33

Bakıda müxtəlif balıqların satışı qadağan edildi

  • >
307 12 Noyabr 2013 09:58 | Hadisə

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7 ünvanında fəaliyyət göstərən "Karona LTD" MMC-yə məxsus balıq emalı müəssisəsində dövlət nəzarəti aparılıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, soyuq hisə verilmiş "Seven fish" nişanlı balıq məmulatları ГОСТ 11482-96 standartının tələblərinə zidd olaraq texnoloji təlimat olmadan emal olunur, soyuq hisə verilmiş siyənək və farel balıqlarının gigiyenik və uyğunluq sertifikatları yoxdur, istehsalda istifadə olunan duzun saxlanma şəraitinə riayət olunmur, müəssisədə sanitariya normaları pozulur, istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçirilməmiş istifadə olunur.

Həmçinin emal olunan məhsulların etiketində saxlanma müddəti normativ sənədə uyğun göstərilməyib. Belə ki, məhsulun yararlılıq müddəti normativ sənəd üzrə maksimum 2 ay olduğu halda bütün məhsulların üzərində 3 ay qeyd olunur.

Aşkar olunmuş nöqsanlarla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilib, "Karona LTD" MMC-də soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilib.

AzNews.az
Bağla X