Bakıda avtobus qəzası: ölən var

Bakıda ölümlə nəticələnən daha bir avtobus qəzası baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 12-si saat 23:30 radələrində Nəsimi rayonu 20 Yanvar küçəsində qeydə alınıb. Xızı rayon sakini Habil Məmmədov idarə etdiyi "Daewoo" markalı avtobusla Sulutəpə qəsəbə sakini Elçin Bayramovu vurub. Nəticədə aldığı xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az