07:12
(077) 610-22-33

Bir neçə rayon qazsız qalacaq

  • >
138 13 Noyabr 2013 10:02 | Hadisə

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, təmir işləri ilə əlaqədar 13 noyabr 2013-cü il tarixdə saat 10:00-dan Şirvan şəhərinin bir hissəsinə, saat 10:00-dan 12:00-dək Ağsu, Goranboy və Şəmkir rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, saat 11:00-dan 3 gün müddətində Şamaxı rayonunun Hacılı, Qızmeydan, Əhmədli kəndlərinə və Qobustan rayonunun Hilmilli kəndinə, saat 11:00-dan 17:00-dək Şabran rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dəkKürdəmir rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Gədəbəy rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Tovuz rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

AzNews.az
Bağla X