Təhlükə sovuşdu: ilanlar daha zəhər buraxmır

Havaların soyuması ilə ilan sancması hadisələrinin sayı azalıb.

Son olaraq Pirşağıdan 42 yaşlı fəhlə ilan sancması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Bu barədə məlumatı AzNews.az-a mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib.

Şöbə müdirinin sözlərinə görə, 42 yaşlı şəxsin ilan sancmasndan çox ziyan görməməsinə səbəb bu fəsildə ilanların zəhərini çox buraxmaması olub: "Bu mövsümdə ilanlar nisbətən sakitləşir. Zəhər buraxma qabiliyyətləri azalır və insan üçün daha az təhlükəli olurlar".

Havaların soyuması ilə əlaqədar dəm qazından zəhərlənmə hadisələrinin daha çox olduğunu bildirən şöbə müdiri qeyd edib ki, oktyabr 14, noyabrda isə 10 müraciət qeydə alınıb.

Elnarə
AzNews.az