08:25
(077) 610-22-33

Bakı sakini liftin şaxtasına düşərək öldü

  • >
350 14 Noyabr 2013 08:46 | Hadisə

Suraxanı rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Belə ki, rayon sakini doqquzmərtəbəli yaşayış binasının liftinə düşərək ölüb.

AzNews.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında hadisə yerinə cəlb olunan müvafiq xilasetmə qüvvələri əməliyyat şəraitini qiymətləndiriblər.

Aydın olub ki, liftin kabinəsi texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanıb və nəticədə 1954-cü il təvəllüdlü Səlimov Sərdar İsrafil oğlu 7-ci mərtəbədə şaxtaya açılan qapıdan liftə girmək istəyərkən 3-cü mərtəbədə olan lift kabinəsinin üstünə düşüb.

Aldığı xəsarətlər nəticəsində S.Səlimov hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 6-cı mərtəbəyə qaldırıb şaxtaya açılan qapıdan cəsədi çıxardaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:59-da başa çatıb.


AzNews.az
Bağla X