19:41
(077) 610-22-33

Məscidin qarşısındakı qəza ilə bağlı rəsmi məlumat

  • >
297 14 Noyabr 2013 16:42 | Hadisə


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidin qarşısında qəza ilə bağlı məlumata aydınlıq gətirib.


Dövlət Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində bu gün səhər guya Maştağa qəsəbəsində Aşura mərasimlərində iştirak və azyaşlı kimi təqdim edilən iki qızın məscidin qarşısında maşınla vurulması və nəticədə hər ikisinin həlak olması barədə informasiya yayılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində məlum olub ki, sözügedən hadisə məscidin qarşısında yox, Maştağa qəsəbəsinin yaxınlığında yol kənarında baş verib. Hadisə zamanı vəfat edənlər ziyarət məqsədilə yola çıxmış 1994-cü və 1991-ci il təvəllüdlü Bakı şəhəri, Bakıxanov qəsəbə sakinləri olublar. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Dövlət Komitəsinin açıqlamasında həlak olmuş vətəndaşların yaxınlarına başsağlığı da verilib. Allah rəhmət eləsin.

AzNews.az
Bağla X